Krediti qısa müddətdə plastik karta köçürə biləcəklər
300 manatadək kreditlər verən şirkətdə heç bir sənəd təqdim etmədən “SİMA İmza” ilə krediti rəsmiləşdirmək mümkün olduRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA rəqəmsal imzanın yeni tərəfdaşı kredit proseslərini tam avtomatlaşdıran onlayn “OnePoint” startapı olub.
“SİMA İmza”nın “OnePoint”ə inteqrasiyası nəticəsində kredit üçün müraciət edən şəxslər qısa müddətdə pulu birbaşa plastik karta köçürə biləcəklər. Kredit müraciəti edən vətəndaşların şəxsiyyət vəsiqəsi, iş yeri, kredit tarixçəsi və s. kimi məlumatlarının təsdiqlənməsi SİMA rəqəmsal imza ilə mümkün olduğundan hər hansı kağız sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Belə ki, skorinq vasitəsilə anında yoxlanış aparılacaq və müsbət cavab almış müştərilər sənədləri “SİMA İmza” ilə imzalayıb krediti dərhal plastik karta köçürəcəklər.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə həm vətəndaşlar, həm də təşkilatlar xərclərinə və vaxtına qənaət edir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
Vətəndaşlar üçün ödənişsiz olan imzanı SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçərək əldə etmək olar.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
23 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
26 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
40 d. əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
1 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub






.jpg)
.jpg)





.jpg)








