SOCAR istiqrazları üzrə iri məbləğdə əqd
SOCAR istiqrazlarının təktrar bazarında aktiv alqı-satqı davam edir.
“Marja”nın kapital bazarından əldə etdiyi məlumata görə, Dekabrın 29-da SOCAR istiqrazının təkrar bazarında 500 min dollarlıq əqd qeydə alınıb. Hər bir SOCAR istiqrazı1010 dollardan satılıb. Alıcı və satıcının adları açıqlanmır.
Bildiyimiz kimi, market meyker “PSG-Capital” İnvestisiya Şirkəti SOCAR istiqrazlarını öz qiymətinə, yəni 1000 dollardan geri almağa təminat verib. Əldə etdiyimiz məlumata görə, indiyədək bu qiymətə satış olmayıb. SOCAR istiqrazlarını ilkin bazardan 1000 dollara alan investorlar onları daha yüksək qiymətə satış edərək qazanc götürüblər.
Qeyd edək ki, hər birinin nominal dəyəri 1000 dollar və 5 illik tədavül müddəti olan SOCAR İstiqrazları illik 5% gəlir qazandırır. Hər üç aydan bir istiqraz sahiblərinin dollarla olan bank hesablarına 1.25% faiz gəliri köçürüləcəkdir. İlk kupon faizi 2017-ci ilin Yanvar ayında ödəniləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alındı
-
9 saat əvvəl
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur