Dövlət şirkətləri üzrə divident siyasəti hazırlanacaq
Hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə divident ödənişinin edilməsini aşılamaqdır:
“Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i divident ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin cəmi əməliyyat mənfəətliliyi artıq 15 milyard manatı keçib. Bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə divident ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də divident siyasətinin hazırlanmasını vacib hesab edirik. İnvestisiya Holdinqinin Müşahidə Şurasında Baş nazirin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətlər həyata keçirilir”.
©APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)









.jpg)


