Qazaxıstan, Rusiya, İran və Türkmənistan Şimal-Cənub dəhlizi üçün yol xəritəsi hazırlayıb
Qazaxıstanın Baş naziri Əlixan Smailov qeyd edib ki, bu, 2027-ci ilə qədər dəhlizin gücünü 10 milyon tondan 15 milyon tona çatdıracaq.Qazaxıstan Rusiya, İran və Türkmənistanla birlikdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün yol xəritəsi hazırlayıb. Bu, 2027-ci ilə qədər Dəhlizin gücünü 15 milyon tona çatdırmağa imkan verəcək.
Marja xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov bildirib.
Baş nazir qeyd edib ki, Qazaxıstan Şimal-Cənub nəqliyyat dəhlizinin potensialından istifadə üçün tədbirlər görür. Bu marşrutun inkişafı üçün İran, Türkmənistan və Rusiya ilə birgə yol xəritəsi hazırlanıb. onun həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin gücünü 10 milyon tondan 15 milyon tona çatdıracaq.
Hökumət başçısının sözlərinə görə, Mərkəzi Asiya və Yaxın Şərqdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ən qısa marşrut olan Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti də xüsusi əhəmiyyət kəsb edir. Doqquz ay ərzində bu marşrut üzrə İran istiqamətində yük daşımaları 9% artaraq 1,5 milyon tonu ötüb. Baş nazir “həm inzibati maneələrin aradan qaldırılması, həm də nəqliyyat və logistika sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi istiqamətində birgə işi gücləndirməyin” məqsədəuyğun olduğunu vurğulayıb.
İyulda Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin bildirmişdi ki, Şimal-Cənub dəhlizinin inkişafı çərçivəsində söhbət Rusiyadan cənuba və əks istiqamətdə yük axınlarından gedir. Onların birbaşa Xəzər regionu vasitəsilə dəmir yolu, su və avtomobil nəqliyyatı ilə, eləcə də intermodal daşımaların təşkili yolu ilə işə salınması planlaşdırılır. Diplomatın sözlərinə görə, bu layihə təkcə Rusiya, İran, Qazaxıstan və Türkmənistanın deyil, həmçinin Cənubi Asiya dövlətlərinin, ilk növbədə Hindistanın, eləcə də Fars körfəzi ölkələrinin iştirakını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
32 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub























