"2024-cü ildə neftin qiyməti 120 dollar olacaq" - Fitch-dən xəbərdarlıq
Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, Yaxın Şərqdəki gərginliyin səbəb ola biləcəyi neft tədarükündəki fasilələrə görə 2024-cü il üçün neftin qiyməti proqnozunu 120 dollar/barel səviyyəsinə qaldırb. Həmçinin Fitch, gözləniləndən yüksək neft qiymətlərinin aşağı iqtisadi artıma və yüksək inflyasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings"in sentyabr ayında açıqladığı Qlobal İqtisadi Proqnozlar hesabatında neft qiymətlərinin 2024 və 2025-ci illərdə müvafiq olaraq orta hesabla 75 və 70 dollar olacağı proqnozlaşdırılırdı.
Marja.az xəbər verir ki, bu gün Agentlik dərc etdiyi hesabatında Yaxın Şərqdəki geosiyasi gərginliyi nəzərə alaraq 2024-2025-ci illər ərzində yüksək neft qiymətlərinin iqtisadi artım və inflyasiyaya təsirini araşdırıb.
Bu kontekstdə “Fitch Ratings” geosiyasi gərginlik ilə yarana biləcək tədarük məhdudiyyətləri səbəbindən neftin qiymətinin 2024-cü ildə orta hesabla 120 dollar/barelə yüksələcəyini və bu rəqəmin 2025-ci ildə 100 dollar olacağını proqnozlaşdırır.
Neft qiymətlərinin gözləniləndən yüksək olması səbəbindən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2024-cü ildə 0,4 faiz, 2025-ci ildə isə 0,1 faiz daha aşağı ola biləcəyi təxmin edilir. Yüksək neft qiymətlərinin inflyasiyanın da yüksəlməsinəsəbəb olacağı nəzərdə tutulur.
“Gələn il qlobal iqitsadi artımın daha aşağı olmasıehtimalı var”
Yaxın Şərqdəki gərginliklə əlaqəli yüksək neft qiymətlərinin daha sərt pul siyasətinə, biznes və istehlakçıların inamının azalmasına, maliyyə bazarlarında düzəlişlərə səbəb olacağı proqnozlaşdırılır.
Səhm qiymətlərindəki 10 faizə qədər geriləmənin qlobal ÜDM-in gələn il 0,6 faiz, ABŞ, Yaponiya, Avrozona və Böyük Britaniyada isə 0,5-0,9 faiz daha aşağı olmasına səbəb ola biləcəyi təxmin edilir.
İsrail-Fələstin münaqişəsi başlayan gün beynəlxalq bazarlarda Brent markalı neftin barel qiyməti 94 dollara qalxmışdı. Sonra qiymətlər düşümüş, bu gün Brent markalı neftin bir barel 81 dollar səviyyələrindən satılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 saat sonra
-
49 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
-
1 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
2 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
