Azərbaycan şirkəti Laçındakı məktəbə 30 noutbuk hədiyyə etdi
AZTECH - bu dəfəki istiqamət doğma LAÇIN!Noutbuklar, kompüterlər və aksesuarların satışı ilə məşğul olan “Azerbaijan Technologies” şirkəti (AZTECH əmtəə nişanı) Laçının 2 nömrəli tam orta məktəbinə 30 ədəd noutbuk hədiyyə edib.
Bu barədə Marja.az şirkətə istinadən xəbər verir.
"İşğaldan azad edilmiş Qarabağda 31 il sonra Laçında bu ilin sentyabr ayında ilk zəng çalındı və 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verildi. İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərində AZTECH şirkətinin də payı olsun deyə, 2 saylı orta məktəbi kompüter avadanlığı ilə təmannasız olaraq tam şəkildə təchiz etdi. Belə ki, LENOVO brendinə məxsus yeni nəsil 30 ədəd noutbuk Laçındakı məktəbə 01.11.2023-cü il tarixində hədiyyə edildi",- şirkətin məlumatında deyilir.
AZTECH hədiyyələrini Laçına özü çatdırıb. Tədbirdə şirkətin rəhbərliyi, məktəbin məsul rəhbər şəxsləri və Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin səlahiyyətli şəxsi iştirak ediblər. Məktəb şagirdləri noutbukları elə yerindəcə sınayıb, müxtəlif proqramlarda işləyiblər.
İşğaldan azad olunmuş torpaqlarda bu AZTECH şirkətinin sosial-məsuliyyət yönümlü ilk layihəsidir, davamı mütləq olacaqdır:
"Ümid edirik ki, nəinki Laçında, işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə digər yeni tədris ocaqları, mədəniyyət və gənclər mərkəzləri istifadəyə veriləcək. Doğma torpaqlarda daima sülh və firəvanlıq bərqərar olacaqdır!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























