Azərbaycanın yeraltı anbarlarına bu il 2 milyard kubmetrədək qaz vurulub
Payız-qış mövsümünə hazırlıq çərçivəsində, bu il Azərbaycanın yeraltı anbarlarına 2 mlrd. kubmetrədək qaz vurulub.
Bunu SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
“Bu da bizə payız-qış mövsümündə temperaturun kəskin dəyişməsi zamanı tələbata uyğun olaraq istehlakçıları fasiləsiz qaz ilə təmin etməyə imkan verəcək”, - şörə müdiri qeyd edib.
Onun sözlərinə görə, “Azəriqaz” tərəfindən payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq bütün zəruri işlər icra olunub.
“Biz qışa tam hazırıq, amma əlbəttə qəzalar istisna deyil, qəzalar ola bilər. Qışa hazırlıqla bağlı bizim qaz təchizatı şəbəkəmizdə bütün təmir-bərpa işləri görülüb”, - Rasim Əhmədov bildirib.
Xatırladaq ki, Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz. Hər iki qaz anbarının tutumu 3,34 mlrd. kubmetr təşkil edir ki, bunun 1,89 mlrd. kubmetri Qaradağ, 1,45 mlrd. kubmetri isə Qalmaq YQA-nın payına düşür. Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə ötən il yeraltı qaz anbarlarında 3,1 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ























