bp-də yeni vitse-prezident təyinatı olub
Elyar bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilən ilk Azərbaycanlı mütəxəssisdir.Elyar Əliyev 1 noyabr 2023-cü il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunur.
Bu barədə Marja.az-a bp-nin Bakı ofisindən bildirilib.
Bu vəzifədə Elyar bp-nin AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq və Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.
Elyar yeni vəzifəsində Birləşmiş Krallığa geri dönən İvon MakAlisteri əvəz edəcək. Elyar bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilən ilk Azərbaycanlı mütəxəssisdir.
Elyarın neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, bp şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib. Sonra isə o, bp-nin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.
2013-cü ildə o, bp-nin Londonda yerləşən mərkəzi hüquq departamentinə ezam olunub və bu vəzifədə bp-nin dünyanın müxtəlif yerlərində yeni ölkələrdə geoloji-kəşfiyyat işlərinə dəstək verib. 2018-ci ildən bəri Elyar şirkətin Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edir.
bp-dən əvvəl Elyar “Nobel Oil” (hazırda NEQSOL Holdinqin tərkibində olan “Nobel Energy”) şirkətində işləyib. Həmin təşkilatda o, neft-mədən xidmətləri, mühəndislik və tikinti, habelə telekommunikasiya kimi müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər qrupunun hüquq işlərinə rəhbərlik edib. Daha əvvəl o, Azərbaycanın quru yataqlarında ən böyük operatorlarından biri olan “Salyan Oil” şirkətində hüquq işlərinə nəzarət edib.
Elyar Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.
2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın prezidentinin fəxri fərmanı ilə təltif olunub.
Elyar evlidir, iki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
15 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
15 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
20 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
22 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 25 d. əvvəl
-
35 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 51 d. əvvəl
- 57 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı






















