1800 nəfərə İKT təhsili üzrə təqaüd veriləcək - QEYDİYYAT BAŞLADI
“Technest” Təqaüd Proqramı yeni qeydiyyat dalğasını elan edir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı ölkə üzrə 3-cü qeydiyyat dalğası elan edilib.
Marja.az xəbər verir ki. qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.
Proqram çərçivəsində Bakı və bir sıra regionlar da daxil olmaqla, ölkə üzrə 1800 nəfərə təqaüd verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər.
“Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az
Son qeydiyyat tarixi 30 noyabr 2023-cü ildir.
Xatırladaq ki “Technest” Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. “Technest” 2021-ci ildə 618, 2022-ci ildə 1500-dən artıq insanı İKT təhsili üzrə təqaüdlə təmin edib. 2023-cü ildə təlimə qoşulan tələbə sayı 2120-dir. Bununla yanaşı proqram çərçivəsində 26 region üzrə 737 nəfərə təqaüd verilib. Məktəbliləri çıxmaqla “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90%-dən yuxarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























