Bu il şirkətlərin 80 faizə yaxını Bakıda yaradılıb
01.10.2023-cü il vəziyyətinə qeydiyyatda olan statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) 64,8 faizi Bakıda yerləşmişdir. 01.10.2023-cü il vəziyyətinə statistik vahidlərin sayı (fərdi sahibkarlar istisna olmaqla) 194 min 631 olub.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 79,5 faizi Bakıda, 5,8 faizi Abşeron-Xızı, 3,7 faizi Naxçıvan Muxtar Respublikası, 1,7 faizi Lənkəran-Astara, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınmışlar. Statistik vahidlərin yaradılması prosesi Naxçıvan Muxtar Respublikasında (17,8%), Bakı şəhərində (7,8%), Abşeron-Xızı iqtisadi rayonunda (5,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda(5,2%), Qazax-Tovuz iqtisadi rayonunda (3,3%) və GəncəDaşkəsən iqtisadi rayonunda (3,2%) daha fəal olmuşdur.
Bu dövrdə Bakı şəhəri üzrə 270, Abşeron-Xızı iqtisadi rayonu üzrə 43, Qazax-Tovuz iqtisadi rayonu üzrə 38, Mərkəzi Aran iqtisadi rayonu üzrə 26, Naxçıvan Muxtar Respublikası üzrə 20, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 19, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 17, Quba-Xaçmaz, Mil-Muğan və ŞirvanSalyan iqtisadi rayonlarının hər biri üzrə 14, Gəncə-Daşkəsən, Qarabağ və Lənkəran-Astara iqtisadi rayonlarının hər biri üzrə 11, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 1 statistik vahid ləğv edilmişdir.
Statistik vahidlər – rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 35 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























