Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Hyundai Motor" şirkəti Səudiyyə Ərəbistanında avtomobil zavodu tikəcək

Ümumi investisiyalar 500 milyon dolları keçəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hyundai Motor" şirkəti Səudiyyə Ərəbistanında avtomobil zavodu tikəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avtomobil nəhəngi "Hyundai Motor" və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF,The Public Investment Fund) Krallıqda avtomobil istehsalı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

Marja.az-ın məlumatına görə, bu barədə Cənubi Koreya şirkəti öz saytında məlumat yayıb.

Cəmi sərmayənin 500 milyon dollardan çox olacağı təxmin edilir. Birgə müəssisənin səhmlərinin 30%-i Cənubi Koreya tərəfinə, 70%-i isə fonda məxsus olacaq. Qeyd edilir ki, zavodda avtomatlaşdırma yüksək səviyyədə olacaq. Zavodun tikintisi zamanı “Hyundai” də texnoloji yardım göstərəcək.

"Yonhap" agentliyinin məlumatına görə, bu, Hyundai-ın Yaxın Şərqdəki ilk zavodu olacaq. Zavod Kral Abdullah şəhərində tikiləcək.

Koreya Respublikasının Prezidenti Yun Seok Yeol oktyabrın 21-də dördgünlük dövlət səfəri üçün Səudiyyə Ərəbistanına gəlib. Bir gün əvvəl o, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla Ər-Riyadda danışıqlar aparıb. 

23.10.2023 07:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18