"Son iki ayda Naxçıvanda beş sığorta şirkəti fəaliyyətə başlayıb"
Son iki ay ərzində Naxçıvan Muxtar Respublikasında beş sığorta şirkəti fəaliyyətə başlayıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin rəisi Elçin Əliyev bildirib.
"İndiyə qədər Naxçıvanın sığorta bazarında cəmi bir sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC fəaliyyət göstərirdi. Bu da rəqabət mühitinin formalaşmasına, əhaliyə normal sığorta xidmətinin göstərilməsinə imkan vermirdi. İnsanlar daha fərqli, müasir məhsullar tələb edir. Yeni şirkətlərin bazar daxil olması ilə muxtar respublikada sığorta bazarı inkişaf etməyə başlayıb və bunu statistik göstəricilərdən də görmək olur", - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin avqust ayında Naxçıvanda 779 min manat sığorta haqqı yığılıb, 116 min manat sığorta ödənişi edilib. Bunlar, iyul ayı ilə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 13 % çoxdur.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
-
10 d. əvvəl
Expressbankda rəqəmsal şəxsiyyət vəsiqəsilə işiniz daha rahatdır
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alındı