Ölkəmizdə ilk dəfə Təhsilin İnkişafı Forumu keçiriləcək!
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2023) "Təhsildən Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 1 noyabr tarixində Gülüstan Sarayında təşkil olunacaqdır.
Təhsilin İnkişafı Fondunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tədbir "İnnovasiya ekosisteminin yaradılması", "Universitet Sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panelləri üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə davam edəcək.
İlk panel təhsil və iqtisadiyyatın inteqrasiyası, sahibkarlıq ekosisteminin inkişafı, təhsil və əmək bazarı, ikinci panel, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, üçüncü panel isə tədqiqat və inkişaf (R&D) ekosistemi, ömür boyu təhsil, sahibkarlığa yönəlik təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında mövzulara həsr olunacaqdır.
Forum iştirakçıları ilə işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası və digər mövzular üzrə müzakirələrdə iştirak, eyni zamanda, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması tədbirin hədəfləri sırasındadır.
Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/tifbaku
İnstaqram: https://www.instagram.com/tifbaku
LinkedIn: https://www.linkedin.com/company/tehsilininkisafiforumu
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)






