"Rabitəbank"ın kredit portfli 90 milyondan çox artaraq 700 milyon manatı keçib
"Rabitəbank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 16 milyon 817 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 12 milyon 676 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə "Rabitəbank"ın xalis mənfəəti 4 milyon 141 min manat və ya 32,7% artıb. Qeyd edək ki, Bank 2021-ci ilin 9 ayını 6 milyon 625 min manat xalis mənfəət ilə başa vurmuşdu.
KREDİT PORTFELİ 90 MİLYON MANATDAN ÇOX ARTIB
Marja.az-ın məlumatına görə, 30 Sentyabr 2023-cü il tarixində "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 701 milyon 471 min manata çatıb ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 90 milyon 594 min manat və ya 14,8% çoxdur. O cümlədən, Bankın istehlak kreditləri portfeli 35 milyon 708 min manat artaraq 241 milyon 313 min manata, biznes kreditləri portfeli 29 milyon 225 min manat artaraq 334 milyon 629 min manata, ipoteka kreditləri portfeli isə 25 milyon 661 min manat artaraq 125 milyon 529 min manata yüksəlib.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR
"Rabitəbank"ın cəmi aktivləri 2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 48 milyon 778 min manat və ya 5,1% artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 3 milyon 768 min manat təşkil edib.
30 Sentyabr 2023-cü il tarixində "Rabitəbank"ın depozit portfeli 635 milyon 157 min manata çatıb ki, bu da ötən ilin sonu ilə müqayisədə 28 milyon 153 min manat və ya 4,6% çoxdur. O cümlədən, fiziki şəxslərin depozitləri 62 milyon 965 min manat və ya 19,7% artaraq 379 milyon 997 min manata yüksəlib.
30 Sentyabr 2023-cü il tarixində "Rabitəbank" 115 milyon 759 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
26 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
49 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Ən çox oxunanlar
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək

























