Azərbaycanda 5-ci böyük bankın da maliyyə vəziyyəti məlum oldu
Aktivlərinin məbləğinə görə Azərbaycanda 5-ci böyük bank olan "Bank Respublika" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 25 milyon 670 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 9 ayını 19 milyon 91 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 579 min manat və ya 34,5% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Respublika"nın faiz gəlirləri 39 milyon 320 min manat və ya 39,8 % artaraq 137 milyon 781 min manat təşkil edib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Respublika"nın qeyri-faiz gəlirləri 335 min manat və ya 1,2 % artaraq 28 milyon 475 min manata olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Respublika"nın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 39 milyon 565 min manata artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 28 milyon 87 min manat manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 11 milyon 478 min manat çox olub.
2023-cü ilin 9 ayında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 166 milyon 256 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 130 milyon 609 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 35 milyon 648 min manat təşkil edib. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 382 min manat ayrılıb və 8 milyon 595 min manat mənfəət vergisi də ödənilib. Beləliklə, Bank 2023-cü ilin 9 ayını 25 milyon 670 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri 126 milyon 691 min manat, cəmi əməliyyat xərcləri 102 milyon 522 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 169 min manat təşkil etmişdi. Həmçinin mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 1 milyon 703 min manat da mənfəətə əlavə edilmişdi. "Bank Respublika" 25 milyon 870 min manat mənfəətindən 6 milyon 780 min manat mənfəət vergisi də ödəmişdi. Beləliklə, Bank 2022-ci ilin 9 ayını 19 milyon 91 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank Respublika"nın cəmi aktivləri 279 milyon 642 min manat və ya 17,6% artaraq 1 milyard 864 milyon 499 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 128 milyon 169 min manat və ya 11,7% artaraq 1 milyard 90 milyon 731 min manata çatıb.
"Bank Respublika"nın istehlak kreditləri portfeli 22 milyon 987 min manat artaraq 250 milyon 588 min manata, biznes kreditləri portfeli 84 milyon 33 min manat artaraq 742 milyon 149 min manata, ipoteka kreditləri portfeli 21 milyon 150 min manat artaraq 97 milyon 754 min manata yüksəlib.
"Bank Respublika" qiymətli kağızlara investisiyasını 26 milyon 5 min manat artıraraq 90 milyon 66 min manata çatdırıb, digər banklara və kredit təşkilatına verilən kreditləri isə 14 milyon 809 min manat azaldaraq 122 milyon 362 min manata endirib.
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank Respublika"da cəmi depozitlər 232 milyon 220 manat artaraq 1 milyard 198 milyon 113 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 93 milyon 969 min manat artaraq 652 milyon 932 min manata, hüquqi şəxslərin depozitləri isə 138 milyon 251 min manat artaraq 545 milyon 181 min manata yüksəlib.
30 sentyabr 2023-cü il tarixində "Bank Respublika"nın 149 milyon 131 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
2 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
2 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
2 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























