ABŞ-da buruqlar artsa da neft bahalaşıb
ABŞ-ın neft sənayesinin vəziyyəti və xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan neft quyularının sayı 766-ya yüksəlib.
Dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən "Baker Hughes"ın həftəlik məlumatına görə, Amerikanın neft sənayesində bu həftə 2 yeni quyunun qazılmasına başlanıb. Beləliklə, 24-28 İyulu əhatə edən həftə cəmi qazılan quyuların sayı 766-ya çatıb.
Ölkədəki qazılan quyuların sayı son 28 həftədə 26 dəfə artım qeyd edib. Yanvar ayında 522 olan qazılan quyuların sayı, bu müddətdə 47 faiz artıb.
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyədə, aşağı neft qiymətlərinin Amerika neft sənayesini mənfi təsir etməsilə keçən il may ayında 316-ya geriləyərək, 80 faiz ilə tarixi bir azalma qeyd etmişdi.
NEFT HASİLATI 23 HƏFTƏNİN 4-DƏ GERİLƏYİB
Digər tərəfdən, ABŞ-ın xam neft istehsalı isə son 23 həftənin 4-ündə azalma qeyd edib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 19 min barel azalaraq 9,41 milyon barelə enib. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 23 həftənin 4-ndə azalmışdır.
Aşağı neft qiymətləri səbəbilə ölkənin xam neft hasilatı keçən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləmişdi.
EIA-nın iyul ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il də 9,9 milyon barrel olması gözlənilir.
NEFT QİYMƏTLƏRİ QALXIB
ABŞ-da quyuların sayında bu həftə artım olduğunu bildirilməsinə baxmayaraq, qlobal bazarda neft qiymətləri qalxmağa davam edib.
Baker Hughes məlumatlarının açıqlanmasının ardından Brent növü neftin barrel qiyməti 2,2 faiz artımla 52,63 dollardan, ABŞ-ın Qərbi Texas tipli neftin barrel qiyməti də 1,6 faiz artımla 49,85 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
12 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)




