Türkiyədə mənzilin gündəlik kirayəyə verilməsi üçün qonşulardan razılıq məktubu və lisenziya alınacaq
Türkiyə Böyük Millət Məclisinə gündəlik kirayə evlərlə bağlı qanun layihəsi daxil olub.
Marja.az-ın məlumatına görə, qanun layihəsində bildirilir ki, yaşayış yerləri bir dəfəyə maksimum 100 gün müddətinə turizm məqsədilə kirayəyə verilə bilər. Qanun bir dəfəyə 100 gündən çox müddətə kirayəyə verilən evlərə şamil olunmayacaq.
Evini turizm məqsədilə kirayəyə vermək istəyənlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən “turizm rezidensiyası” lisenziyası alıb qapısının qarşısından asacaqlar. Bunu almayanlar evlərini gündəlik kirayə verə bilməyəcəklər.
QONŞU İCAZƏ VERMƏSƏ, MƏNZİLİ KİRAYƏYƏ VERMƏK MÜMKÜN OLMAYACAQ
Bundan əlavə, lisenziyanı əldə etmək üçün evlərini gündəlik kirayə verəcək şəxslərdən müəyyən şərtlərin yerinə yetirilməsi tələb olunacaq.
Belə ki, kirayə ev sahibləri ilk növbədə yanğın nərdivanları, yanğın təhlükəsizliyi sertifikatları və tullantılara nəzarət sertifikatları almalıdırlar.
Evlərdə bir oteldə tapılmalı olan zəruri əşyalar (saç qurutma maşını, dəsmal, yataq dəsti və s.) olmalıdır. İcarəyə veriləcək ev yaşayış binasındadırsa, qonşulardan razılıq məktubu tələb olunacaq. Bir nəfər belə razılıq verməsə, ev sahibi mənzilin gündəlik kirayə verə bilməyəcək.
Qanun qüvvəyə mindikdən sonra gündəlik kirayəçilər qaydalara əməl etmədikdə məsuliyyətinə cəlb olunacaqlar.
Evini icazəsiz turizm məqsədilə kirayə verənlərə təxminən 1 milyon TL cərimə tətbiq edilməsi planlaşdırılır. Bundan sonra kirayənin davam etdiyi müəyyən olunarsa, ev möhürlənəcək.
Qanun layihəsinə görə, otellərdə olduğu kimi gündəlik kirayələrdə də kirayə verən şəxsin şəxsiyyəti və qalma müddəti Polisə təqdim ediləcək.
Bunun üçün elektron hökumət vasitəsilə interfeys açılacaq. Bu məlumatı təqdim etməyən ev sahibləri məsuliyyət daşıyacaq və cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























