"Beta" çaylarını içənlər 3 qardaşa milyonlar qazandırıb - 87 MİLYONLUQ SATIŞ, 17 MİLYONLUQ MƏNFƏƏT
3 qardaşa məxsus olan və "Beta" çaylarının istehsal edən "BEST-TARM" QSC 2022-ci ili 17 milyon 104 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 11 milyon 260 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BEST-TARM" şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 5 milyon 844 min manat və ya 51,9% artıb.
SATIŞI ARTIB
Marja.az-ın məlumatına görə, 2021-ci ildə "BEST-TARM" QSC-nin əsas əməliyyat gəlirləri (satış) 63 milyon 383 min manat ikən, 2022-ci ildə 87 milyon 215 min manata yüksəlib (23 milyon 832 min manat və ya 37,6% artıb).
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2022-ci il tarixində "BEST-TARM" QSC 30 milyon 292 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 28 milyon 48 min manat cəmi aktivlərə malik idi.
2021 və 2022-ci illərin nəticələrinə əsasən xalis mənfəətdən təsisçilərə 4 milyon 774 min 982 manat divident ödənilib.
"BEST-TARM" QSC çay kofe, düyü istehsalı və satışı ilə məşğul olur. Ötən ilin sinunda şirkət 770 nəfər işçiyə malik olub.
"BEST-TARM" QSC-nin təsisçiləri Uğur Ekrem Ali oğlu (33,33%), Uğur Beşir Ali oğlu (33,33%) və Uğur Celal Ali oğludur (33,34%).
Qeyd edək ki, ötən il “Beta” Firması adını və təşkilati-hüquqi formasını dəyişərək “Best-Tarım” QSC-yə çevrilmişdir.
2000-ci ildə dövlət qeydiyyatına alınmış "BEST-TARM" QSC-nin hüquqi ünvanı Lənkəran rayonu, Sütəmurdov kəndidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 48 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























