Gənc iş adamı – Elnur Badalov kimdir?
Audit şirkətində məsləhətçi olaraq işləməyə başlayıb, bu gün tanınmış qida şirkətinin Baş icraçı direktorudurElnur Yusub oğlu Badalov Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Bakı şəhərində məktəbi bitirdikdən sonra 2012-ci ildə “Xəzər Universiteti”nə daxil olmuş, Universitetin Fəxri təqaüdü ilə təhsil almış, iqtisadiyyat və menecment fakültəsini iqtisadçı-maliyyəçi ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.
Elnur Badalov peşəkar iş həyatına ilk dəfə (2016-2017-ci illərdə) “Baker Tilly” beynəlxalq audit və konsaltinq şirkətləri şəbəkəsinin Azərbaycandakı filialında maliyyə xidmətləri üzrə məsləhətçi vəzifəsi ilə başlamışdır. O, 2017-ci ildə həmin şirkətdə uğurlu fəaliyyətinə görə “İlin işçisi” olaraq mükafatlandırılmışdır.
Akademik fəaliyyətinə 2017-ci ildə “Barattson” beynəlxalq tədris mərkəzinin Azərbaycandakı filialında başlayan cənab Badalov Chartered Financial Analyst (CFA) proqramı üzrə təlimçi-müəllim kimi fəaliyyətə başlamışdır. O, akademik fəaliyyətini 2020-ci ildən etibarən “BRIDGE Academy” Təlim Mərkəzində davam etdirmişdir. Beynəlxalq CFA® Sertifikatına malik olan cənab Badalovun 2017-ci ildən bu günədək akademik fəaliyyəti boyunca 250-dən çox tələbəsi olmuşdur.
Eyni dövrdə (2017-2020-ci illərdə), cənab Badalov “PAŞA İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətində investisiya analitiki, baş investisiya analitiki, investisiya üzrə kiçik menecer kimi müxtəlif vəzifələrdə çalışmışdır.
2020-2022-ci illər ərzində “Azərbaycan İnvestisiya Holdinqi”ndə baş strategiya mütəxəssisi, Strategiya və portfelin idarəedilməsi şöbəsinin müdiri, Kommunal xidmətlər portfelinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışan E.Badalov sonuncu təyinatından öncə yəni, 2022-ci ilin aprel ayından noyabr ayınadək “Təmiz Şəhər” ASC-də Strategiya və İnvestisiya Komitəsinin üzvü vəzifəsində də işləmişdir.
Peşəkar əmək fəaliyyəti ərzində O, 5-dən çox investisiya sövdələşməsində iştirak etmiş, bir neçə dövlət şirkətində transformasiya ofislərinin formalaşdırılmasında, habelə bir sıra şirkətlərin beynəlxalq genişlənmə strategiyalarının hazırlanmasında, problemli aktivlərin maliyyə dayanıqlılığının artırılmasında aktiv rol oynamışdır.
Elnur Badalov 2023-cü ilin fevral ayından etibarən isə “Zəhmət Ruzi” MMC-də (SAB) Baş icraçı direktor vəzifəsinə təyinat almışdır.
Qeyd edək ki, cənab Badalov ingilis və türk dillərini bilir. Ailəlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























