“McDonald’s Azərbaycan”ın ət və toyuq aldığı Almaniya zavodları AQTA-nın qiymətləndirməsindən uğurla keçib

(®) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikasında yerləşən, Azərbaycana ət və ət məhsulları ixrac edən “OSI Food Solutions Duisburg" və “OSI Food Solutions Günszburg" zavodlarının istehsal müəssisələrində qiymətləndirmə aparılıb və həmin müəssisələrdə istehsal edilən məhsulların respublikamızın gömrük ərazisinə idxal olunmasına icazə verilib.
Həmin obyektlər AQTA mütəxəssislərinin yerində apardıqları qiymətləndirmənin nəticəsinə uyğun olaraq təsdiqlənib.
Qiymətləndirilmə zamanı həmin müəssisələrin ət qəbulu, eləcə də emal və köməkçi sahələrinə baxış keçirilib.
Eyni zamanda, obyektlərdə baytarlıq-sanitariya, sanitar-gigiyenik və sanitar-texniki tələblərin təmin edilib-edilməməsi izlənilib. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib.
Qeyd edək ki, “OSI Food Solutions Duisburg” zavodu 1988-ci ildə Almaniyanın Rur bölgəsinin mərkəzində, “OSI Food Solutions Günszburg” zavodu isə 1979-cu ildə Günzburq şəhərində qurulub.
Bu zavodlarda istehsal edilən məhsullar Almaniya və digər Avropa ölkələrinin bazarlarına tədarük edilir.
Zavod və avadanlıqlara qoyulan müntəzəm investisiyalar istehsal prosesini ən qabaqcıl texnologiyalarla təmin etməyə imkan verir. Məhsulun keyfiyyətinə, qida məhsullarının və əməyin təhlükəsizliyinə, ətraf mühitə və dayanıqlı inkişafa bütün parametrlər üzrə xüsusi diqqət yetirilir.
Zavodda mütəmadi olaraq müxtəlif təşkilatlar tərəfindən yoxlamalar və audit aparılır. Şirkət yüksək standartlar səviyyəsində sertifikatlara (IFS 7, ISO 14001, EMAS III və s.) layiq görülüb.
Araşdırma aparılaraq, qeyd olunan müəssisələrin “McDonald’s Azərbaycan”ın tədarükçüləri olduğunu müəyyən edib. “McDonald’s Azərbaycan” şirkəti bu müəssisələrdən ət və toyuq məhsulları idxal edir.
Bu mövzuda “McDonald’s Azərbaycan”ın keyfiyyətə nəzarət və təchizat üzrə direktoru Anar Osmanovla söhbət edib.
- “McDonald's Azərbaycan” qida tədarükçülərini hansı prinsip əsasında seçir? Seçim prosesində hansı meyarlar əsas götürülür?
- İlk növbədə qeyd edim ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq “McDonald’s Azərbaycan” şirkəti Keyfiyyət Assosiasiyası ilə birgə tədarükçülərin yoxlamasını təşkil edib.
“McDonald’s”ın yüksək standartlarını nəzərə alaraq, tədarükçülərimizin hər biri müntəzəm olaraq müstəqil beynəlxalq audit şirkətlərinin auditi də daxil olmaqla ciddi yoxlamalardan keçir. Bu yoxlamalar əmək şəraitindən tutmuş təhlükəsizliyə qədər hər şeyi, o cümlədən heyvan sağlamlığının monitorinqini və istehsal prosesinin hər mərhələsinə nəzarəti əhatə edir.
- Bildiyimiz qədərilə, “McDonald’s Azərbaycan” yerli tədarükçülərlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Yerli şirkətlər də eyni dərəcədə ciddi seçim prosesindən keçir?
- Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətlə bağlı əsas tələblər var. Mütəxəssislərimiz bu standartlara uyğunluğu diqqətlə qiymətləndirirlər. Seçim zamanı yüksək keyfiyyətə zəmanət verə bilən və korporativ siyasətimizi bölüşən tərəfdaşlara üstünlük veririk. Biz də öz növbəmizdə onların inkişafını, o cümlədən ixrac imkanlarını dəstəkləyirik. İstehsalın lokallaşdırılması regionda yeni iş yerlərinin açılmasına da töhfə verir. Biz yerli biznes ictimaiyyətinin inkişafına töhfə verərək milli istehsalçıları fəal şəkildə dəstəkləyirik.
“McDonald’s” şirkəti özünün Məsuliyyətli Tərəfdaşlıq Siyasəti vasitəsilə uzunmüddətli əməkdaşlığa çalışan tədarükçülərə bu sahədə lider olmaqda kömək etmək üçün onları innovativ texnologiyalar, keyfiyyətə nəzarət və təhlükəsizlik sistemləri tətbiq etməyə təşviq edir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir.
Bununla bağlı AQTA sözügedən yoxlamaların nəticələrini mütəmadi olaraq KİV vasitəsilə ictimaiyyətin diqqətinə çatdırır.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 30 d. əvvəl
-
-
30 d. əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
1 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
2 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Bank 96 ədəd RAM alır

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
