Bir sıra gəlirlər vergiyə cəlb olunacaq, effektli olan güzəşt və azadolmalar saxlanılacaq
2024-cü ilin dövlət büdcəsi üzrə gəlirlər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, növbəti ildə gəlir siyasətinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması: Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi;
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi: Maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi;
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi: Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi və tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakları siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakların reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması;
Vergi inzibatçılığının təkmilləşdirilməsi: Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, vergi ödəyicisinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi;
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi: 2020-2022-ci illər vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioriteti çərçivəsində nəzərdə tutulmuş hədəflər, həmçinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmaların və güzəştlərin müddətli müəyyən edilməsi amili nəzərə alınmaqla, vergi və gömrük sahəsində qanunvericilik aktlarına dəyişikliklərlə bağlı layihələr hazırlanmışdır. Növbəti mərhələdə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə sonrakı illər üzrə hədəflərin, habelə nəticəyönümlü güzəşt və azadolmaların müəyyən edilməsi nəzərdə tutulur.
Gömrük ödənişlərinin təkmilləşdirilməsi: Daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsinin azaldılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin tətbiqi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
59 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ























