Lizinq şirkəti dərəcəsi 15% olan istiqraz buraxır - MƏBLƏĞ, ŞƏRTLƏR
Minik avtomobillərinin maliyyə lizinqinə verilməsi sahəsində fəaliyyət göstərən "LEGİON FİNANCİAL" MMC istiqraz buraxılışı yolu ilə 500 min manat cəlb edir.
Marja.az xəbər verir ki, şirkətin hər birinin nominal dəyəri 1000 manat 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları dövlət qeydiyyatına alınıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15% təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30 gündən bir ödəniləcəkdir. İstiqrazların tədavül müddəti 1800 təqvim günü təşkil edir. İstiqrazların dəyəri tədavül müddətinin sonunda ödəniləcək.
Emissiyanın anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, 12 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin tədavül müddəti 1800 təqvim günü, nominal dəyəri 1000 manat olan AZ2001025462 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilmişdi. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min manat təşkil etmişdi. Həmin istiqrazlar üzrə də illik faiz dərəcəsi 15%, faiz ödəniş dövrü isə 30 gündən bir təşkil edir. Ödəmə tarixi 30.05.2028-ci ildir.
31 dekabr 2022-ci il tarixində “Legion Financial” MMC-nin lizinq portfeli 2 milyon 120 min manat, ötən il gəlirləri 418 min 202 manat, xalis mənfəəti 135 min 478 manat təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























