Bakıda keçiriləcək tədbirin sponsorluq paketlərinin sayına görə rekord həddə çatıb
Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən Konqresləri geridə qoyub.
Konqresin “Premyer”, “Platinium”, “Qızıl”, “Gümüş” və “Bürünc” adlı sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom”, “Blue Origin”, “Lockheed Martin”, “Black Sky” “Vast Space”, “The Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “PLAN S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, İsrailin “IAI” şirkəti, BƏƏ-nin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “I Space”, “JGC” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat” və Avstriyanın “Asgardia Space” şirkətləri yer alır.
Qeyd edilib ki, Bakı Konqresi təkcə sponsorluq paketinin sayına görə deyil, həmçinin, elmi məqalələrin təqdim olunduğu ölkələrin sayına görə də rekord əldə edib. Əvvəlki Konqreslərdən fərqli olaraq Bakı Konqresinə 95 ölkədən kosmos sahəsində fəaliyyət göstərən elm və tədqiqatçılar tərəfindən 3600 elmi məqalə təqdim olunub.
İstər sponsor sayı, istərsə də elmi məqalələrin təqdim olunduğu ölkə sayına görə rekordun olması onu göstərir ki, Bakı Konqresi kosmosun həm elmi, həm də biznes imkanları üçün qlobal səviyyədə seçilmiş diskussiya və dialoq məkanıdır.
2023-cü il özündə qlobal kosmik hadisələri cəmləşdirməyə davam edir. Buna misal olaraq, “SpaceX” şirkətinə məxsus tarixin ən güclü raketi “Starship”in kosmosa uçuş cəhdləri, Hindistanın “Çandrayaan-3” kosmik aparatının Aya enməsi, NASA-nın Artemis II missiyası üzrə Ay ətrafında dövr edəcək astronavtların adlarını açıqlaması, Türkiyənin ilk kosmonavtlarının bəlli olması, Böyük Britaniyanın aerokosmik şirkəti “Virgin Galactic”in ilk turistlərini kosmosa göndərməsi, Avropa Kosmik Agentliyinin ilk dəfə “Jupiter Icy Moons Explorer” (JUICE) adlı kosmik aparatını Yupiterə göndərməsi, Çinin “Tiangong” kosmik stansiyasının tam istifadəyə verilməsi kimi hadisələri göstərmək olar.
Məhz bu kimi qlobal kosmik fəaliyyətlər ətrafında Bakıda, Beynəlxalq Astronavtika Konqresində kosmos ictimaiyyəti tərəfindən müzakirələr və fikir mübadiləsi aparılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
11 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
12 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















