Dövlətin iri şirkətində işləmək üçün fürsət - ƏVVƏLCƏ TƏQAÜD VERƏCƏK, SONRA İŞLƏ TƏMİN EDƏCƏK
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqədə 2023-2024-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər.
Ötən illərdən fərqli olaraq bu il dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya mühəndisliyi, elektrik və energetika mühəndisliyi, iqtisadiyyat, inzibati idarəetmə və kommersiya, menecment və filologiya sahələri üzrə təhsil alan tələbələrin də müsabiqədə iştirakı nəzərdə tutulub.
Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyası tərəfindən aparılacaq qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq.
Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək.
Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı (https://azergold.az/teqaud-proqrami)” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə qeydiyyat 21 avqust 2023-cü il tarixindən başlanılır. Müraciət üçün son tarix 21 sentyabr 2023-cü ildir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən elan edilən “Təqaüd proqramı” müsabiqələrində müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində təhsil alan 18, peşə təhsili müəssisələrində isə təhsil alan 27 tələbəyə təqaüd verilib. Proqram çərçivəsində 2 nəfər ali təhsil müəssisələrində, 4 nəfər peşə təhsili müəssisəsində təhsil alan tələbə “AzerGold” QSC-də işə qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 3 d. əvvəl
-
-
27 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
31 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
48 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
























