Naxçıvanda böyük yaşayış kompleksi tikiləcək - FOTOLAR
21 yaşayış binasında 1100 mənzil olacaq.Naxçıvan şəhərinin Heydər Əliyev prospektində - Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı 6,6 hektarlıq boş ərazidə 21 yaşayış binasından ibarət “Nakhchivan Residence” in – “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb.
Bu barədə Marja.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-9 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Binaların brinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən xidmət sahələri üçün nəzərdə tutulacaq. Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, basketbol və voleybol meydançaları, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək.
2023-cü ilin sonuna başlanması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq.
Avropa texnologiyalarına uyğun dizayn edilmiş, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 58 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























