Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL Pakistanın üç məşhur şəhərinə uçuşlar açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Pakistanın üç məşhur şəhərinə uçuşlar açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək.

Sözügedən üç şəhər Pakistanın mühüm tarixi və mədəniyyət mərkəzləridir ki, bu da onları ziyarət etmək üçün çox maraqlı məkana çevirir.

Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir.

AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri saytdan və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Pakistan azal
16.08.2023 16:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18