Azərbaycanda yeni kartof sortları yaradılır
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni, daha məhsuldar, xəstəliyə və zərərvericilərə davamlı kartof sortlarının yaradılması üzərində işləyir.
Bunu açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.
"Ötən il 4 yeni kartof sortuna patent almışıq. Bir neçə fermer onları öz əkin sahəsində sınaqdan keçirib və bəyənib. Bu il daha 5 sort qeydiyyata alınacaq. Bizim sortlar Avropa və digər ölkələrdən gətirilən sortlardan heç də geri qalmır. Yeni 5 sorta patent əldə edildikdən sonra onların ilkin toxumçuluğu sürətli şəkildə təşkil ediləcək və toxumçu fermerlərə təqdim olunacaq", - deyə o qeyd edib.
“Dünyada belə bir tendensiya var ki, torpağın keyfiyyəti aşağı olan yerlərdə də müasir suvarma sistemlərinin və gübrələmənin hesabına kartof yetişdirilir. Ancaq Azərbaycanda, xüsusilə də dağlıq və dağətəyi rayonlarda orqanik tələblərə cavab verən kartof yetişdirilir. Ona görə də həmin ərazilərdəki məhsula istehlakçıların daha çox tələbatı var. Bizdə insan səhhətinə ziyanı olmayan həddə gübrələrdən istifadə olunur”,- deyə E.Allahverdiyev əlavə edib.
Onun sözlərinə görə, hazırda ölkədə həm faraş, yəni tezyetişən, həm də gecyetişən (dağlıq ərazilərdə) kartof yetişdirilir: "Faraş toxumlar fevralın sonuna qədər əsasən Cəlilabad və Masallı rayonlarında, həmçinin Şəmkir və Tovuz rayonlarının aran hissələrində əkilir, mayın sonlarına qədər yığılır. Azərbaycandan ixrac edilən kartof əsasən faraş kartofdur və fermerlərə yüksək gəlir gətirir. Gecyetişən toxumlar isə aprel-may aylarında əkilir, sentyabr-oktyabr aylarında yığılır. Son vaxlar ənənəvi kartofçuluq rayonları sayılmayan Qəbələ, İsmayıllı, Zaqatala kimi dağlıq və dağətəyi rayonlarda kartof əkinləri genişlənir. Qusar rayonunun da kartofçuluq potensialı böyükdür. Bura xüsusilə kartof toxumçuluğu üçün əlverişlidir. Dağlıq və dağətəyi ərazilərdə əkilən kartof dadına görə üstündür. Azərbaycanın kartofa olan illik tələbatı təxminən 1 milyon tondur. Ölkədə istehsalın illik həcmi isə 1,2 milyon tondur. Odur ki, Rusiyaya ixrac həyata keçirilir".
© “Report”
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
24 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
42 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Ən çox oxunanlar
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb






















