Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə görüşüb.

Görüşdə SOCAR ilə “TotalEnergies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin Azərbaycanın enerji təhlükəsizliyinə və hasilat potensialının artırılmasına mühüm töhfə verdiyi bildirilib.

Reklam_3_11

Bu xüsusda, ötən ayın əvvəlində hasilata başlanılan “Abşeron” qaz-kondensat yatağının İlkin Hasilat Sxemi (İHS) layihəsinin cari vəziyyəti, sualtı quyu və idarəetmə sistemləri, texniki və texnoloji əməliyyatlar ətrafında müzakirə aparılıb.

Görüşdə, həmçinin “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin birinci fazası (Faza-1 layihəsi) çərçivəsində görüləcək işlər nəzərdən keçirilib, tərəflər arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının İHS mərhələsi üzrə hazırda gündəlik 4,3 milyon m3 qaz və 1500 ton kondensat hasil olunur. Yatağın işlənilməsi SOCAR və “TotalEnergies”in birgə operatoru olan “JOCAP” şirkəti tərəfindən həyata keçirilir.

04.08.2023 16:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18