Türkiyədə qiymətlərin artması yenidən sürətlənib - ƏN ÇOX BAHALAŞMA RESTORAN VƏ OTELLƏRDƏDİR
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, iyul ayında aylıq inflyasiya maaş, vergi və yanacaq qiymətlərindəki artım ilə əlaqədar olaraq 2022-ci ilin yanvar ayından bu yana ən yüksək səviyyəyə çatıb. İyul ayında illik inflyasiyada 8 ay ərzində müşahidə olunan azalma trendi də başa çatıb.
Marja xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında iyun ayı ilə müqayisədə 9,49% artıb. İllik inflyasiya (ötən ilin iyul ayı ilə müqayisədə) 47,83 % təşkil edib.
İyulda illik baza inflyasiyası 56,09% olub.
Yerli istehsalçı qiymətləri indeksi isə 44,50 faiz artıb.
İqtisadçılar aylıq inflyasiyanın 9,07% illik inflyasiyanın olacağını hesablamışdılar.
Qiymətlərdə aylıq müqayisədə ən yüksək artım 17,75% ilə nəqliyyatda olub.. Ən az artım isə 2,67% ilə təhsildə müşahidə olunub.
İyulda qiymət səhiyyədə13,61 faiz, restoran və mehmanxanalarda 11,92 faiz, spirtli içkilər və tütün məmulatlarında 11,17 faiz, məişət məmulatlarında 8,91 faiz, ərzaq və alkoqolsuz içkilərdə 7,71 faiz, rabitə, əyləncə və mədəniyyətdə 6,22 faiz, mənzildə 6,14 faiz, geyim və ayaqqabıda 3,19 faiz, təhsildə isə 2,67 faiz yüksəlib.
Ən yüksək illik artım restoran və otellərdədir
Ən çox illik artım qeydə alınan əsas qrup 82,62 faizlə restoran və otellər olub. Ən az artım isə 19,31 faiz ilə mənzil qrupunda olub.
İllik müqayisədə (son 12 ayda) səhiyyədə 75,95 faiz, qida və spirtsiz içkilərdə 60,72 faiz, təhsildə 53,57 faiz ,spirtli içkilər və tütündə 46,58 faiz ,əyləncə və mədəniyyətdə 45,28 faiz, nəqliyyatda 43 faiz, rabitədə 43,02 faiz, geyim və ayaqqabıda 22,65 faiz, mənzillərdə 19,31% artım olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























