Bakıda dərman zavodunun tikilməsi ilə bağlı müqavilə imzalandı - VİDEO
35 milyon dollar xərclənəcək, 100 növ dərman istehsal ediləcək.“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.
Marja xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb.
Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub.
Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq.
“Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş təmsil etdiyi şirkətin ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, dərman istehsalı ilə bağlı həyata keçirilən birgə layihənin xalqlarımızın rifahına töfhə verəcəyinə əminliyini ifadə edib.
“Azərbaycan İnvestisiya Şirkəti”ASC-nin İcraçı direktoru Ülvi Mansurov dərman istehsalı zavodunun tikintisi layihəsi barədə məlumat verib, zavodun ölkəmizdə əczaçılıq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, idxaldan asılılığın azaldılmasında əhəmiyyətli olacağını bildirib.
Tədbirdə Pirallahı Sənaye Parkında yaradılacaq dərman istehsalı müəssisəsinə dair videoçarx nümayiş olunub.
Sonra AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, İnvestisiya layihəsi çərçivəsində Türkiyənin GEN İlaç ve Sağlık Ürünleri A.Ş. ilə birgə Pirallahı Sənaye Parkının 7 ha ərazisində 11 500 m2 sahədən ibarət və illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu nəzərdə tutulan dərman vasitələrinin istehsalı zavodu yaradılacaq. Perspektivdə dərman vasitələrinin “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
49 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)






.jpg)









