“Bakı Fond Birjası” və “Qırğız Fond Birjası” anlaşdı
26 iyul 2023-cü il tarixində Çolpan-Ata şəhərində (Qırğızıstan) keçirilən Azərbaycan-Qırğızıstan Biznes Forumu çərçivəsində “Bakı Fond Birjası” QSC və “Qırğız Fond Birjası” QSC arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Marja-ya “Bakı Fond Birjası”ndan bildirilib.
Qeyd edilib ki, Memorandum “Bakı Fond Birjası” QSC tərəfindən İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev və “Qırğız Fond Birjası” QSC tərəfindən prezident Nazaraliev Medetbek Tagaybekoviç tərəfindən imzalanıb.
"Bu memorandum hər iki ölkənin birjalarına kapital bazarında əməkdaşlığı genişləndirməyə, birja ticarətinin təşkili üzrə təcrübə mübadiləsinə, birja ticarəti mexanizmlərindən istifadə etməklə fond bazarı sahəsində ticarət-iqtisadi əlaqələrin inkişafına, elektron ticarət sistemlərinin qarşılıqlı inteqrasiyasının təşkili və birja ticarəti iştirakçılarının akkreditasiyasına, birja ticarəti alətlərinin genişləndirilməsi üzrə birgə konfransların, seminarların və digər tədbirlərin keçirilməsinə və mütəşəkkil kapital bazarının iştirakçılarına iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan yaradacaqdır",- məlumatda bildirilir.
XXX
Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə “Bakı Fond Birjası” QSC tərəfindən Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı keçirilib
Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə 28 iyul 2023-cü il tarixində Bişkek şəhərində Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı keçirilib. Qırğızıstan tərəfindən iştirak edən “Qırğız Fond Birjası” QSC, dövlətin səlahiyyətli orqanları və peşəkar birja iştirakçıları üçün bu təqdimatı “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev aparıb.
Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, ölkəmizdə kapital bazarının cari vəziyyəti və inkişaf mərhələsinin öyrənilməsi, ilkin və təkrar bazarlar üzrə perspektiv, regional kapital bazarlarının inkişafı üçün sahələrin müəyyən edilməsi üzrə ətraflı müzakirələr aparılmışdır və Azərbaycan Respublikasının kapital bazarlarının unikal imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, iki ölkənin kapital bazarlarının imkanlarına dair müzakirələr zamanı iştirakçılar Azərbaycan Respublikasının fond bazarının inkişaf səviyyəsini yüksək qiymətləndirmişdirlər və həmçinin Bakı Fond Birjasının təcrübəsini mənimsəmək arzusunu ifadə etmişdirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























