Mərkəzi Bank sığorta ilə bağlı bir sıra normativ aktları 6 ay müddətində təsdiq etməlidir
Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bir sıra normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
marja.az xəbər verir ki, bu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir.
Aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edilməlidir:
- “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri;
- həmin Qanunun 10.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədləri və tələbləri;
- həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar üçün korporativ idarəetmə standartlarını;
- həmin Qanunun 38.1-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydasını;
- həmin Qanunun 44.1.6-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 81.8-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının formalaşdırılması qaydalarını və katastrofik risklərin meyarlarını;
- həmin Qanunun 81-6.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aktuari rəyinin məzmununu, formasını və təqdim edilməsi qaydasını;
- həmin Qanunun 94-1.10-cu maddəsinə uyğun olaraq, müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri;
- həmin Qanunun 95.5-ci maddəsinə uyğun olaraq, sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarını.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
- 8 saat əvvəl
-
8 saat əvvəl
2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 30 milyard manata çatacaq
-
8 saat əvvəl
Gələn il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərclənəcək
-
8 saat əvvəl
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq, 2 milyard manatdan çox borc qaytaracaq
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan hökumətinin 2029-cu ildək Dollar/Manat məzənnəsi üzrə proqnozu məlum oldu
-
9 saat əvvəl
2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
-
10 saat əvvəl
İri şəbəkə yenidən işçilər yığır - İş təcrübəsi, təhsil vacib deyil
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bişkek Azərbaycana neft emalı üzrə uzunmüddətli müqavilə imzalamağı təklif edib
-
10 saat əvvəl
Hər 500 manat borca, 10 manat xidmət haqqı - YENİ KREDİT KARTI