Yaponiyaya da satış edən Azərbaycanın bal təsərrüfatında ağır vəziyyət
Qeyri sabit-hava şəraiti və Mərakeş çəyirtkələri biyan balı təsərrüfatına mənfi təsir göstəribRespublikada demək olar ki, ən böyük biyan sahəsində yerləşən Saatlıdakı arıçılıq təsərrüfatında bu il məhsuldarlıq minimuma düşüb. Səbəb isə havaların qeyri sabit-keçməsi və ərazidəki biyan bitkilərinin Mərakeş çəyirtkələri tərəfindən yararsız hala salınmasıdır.
Biyan sahəsinin tam mərkəzində yaradılan arıçılıq təsərrüfatı Saatlı rayonunun Smadakənd kəndi ərazisində yerləşir. Bu təsərrüfatdakı arı ailələrindən əldə edilən balın tərkibi demək olar ki, tamamilə biyan bitkisinin nektarından ibarətdir. 30 ilə yaxın müddətdə hər il bu təsərrüfatda 2 ton civarında bal süzülüb. Hətta sözügedən təsərrüfatın balı Yaponiyaya qədər gedib çatıb. Lakin bu il təsərrüfat haqqında eyni sözləri demək mümkün deyil. Havaların qeyri-sabit keçməsi arıların iş prinsipinə mənfi təsir göstərib. Bir yandan da biyan sahəsinə Mərakeş çəyirtkələrin hücumu nektar bazasını sıradan çıxarıb.
Təsərrüfat sahibi Ehtiram Məmmədov deyir ki, arıçılıq təcrübəsində ilk dəfədir belə hal ilə qarşılaşır: “Bu il arıçılıq üçün faydalı olmadı. Yağış və küləkli hava nəticəsində arılar nektar toplamaqda çətinlik çəkdi. Bəzən elə oldu ki, arılar günlərlə fəaliyyət göstərə bilmədilər. Ona görə bal süzümündə gecikmə olub. Digər tərəfdən, Mərakeş çəyirtkələri də biyan sahəsinə ciddi təsir göstərdi. Nəticədə məhsuldarlıq kəskin aşağı düşdü. Ötən il burada olan hər bir arı ailəsindən iki süzümdə 120-160 kiloqram məhsul əldə edirdik, orta hesabla mövsum boyu hər arı ailəsi bir 60-70 kiloqram məhsul verirdi. Bu il isə o şərait yoxdur. Elə ailə var ki, 5 kiloqram bal götürdük, ən yaxşı halda 30 kiloqram bal götürmüşük.
Mərakeş çəyirtkələrini zərərsizləşdirmək, eləcə də bitkinin yenidən pöhrələyib, çiçək açması məqsədi ilə müəyyən ərazilərdə biçin aparılıb. Bu kimi tədbirlərin nə qədər effektiv olacağını isə zaman göstərəcək.
Arıçı Ağamir Ağayev bildirir ki, arılar bu il biyan sahəsində yaxşı işləyə bilmədiyinə görə balın tərkibi də müəyyən qədər dəyişib. Əvvəlki illərdə süzülən balın tərkibi 99 faiz biyan nektarı olurdu və bu, balın rəngində də özünü göstərirdi. Bu il süzülən bal isə nisbətən tünd rənglidir. Çünki arılar biyanlıq sahədən nektarı az topladığı üçün başqa bitkilərdən - qanqal, yulğun və digər çöl bitkilərindən nektar toplayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
-
1 saat əvvəl
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
-
2 saat əvvəl
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Xalq Bankdan depozit seyfi xidməti
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
"Mən hələ Xəzər dənizinin potensialını demirəm. Azərbaycan bölgənin böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq"
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"








.jpg)


















