Artıq AQTA 7 ölkədə fəaliyyət göstərən 98 müəssisəni qiymətləndirib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəyə yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş olub.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbir yüksək riskli məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə qida təhlükəsizliyi, o cümlədən yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların ölkəmizə gətirilməsi üçün həmin məhsulların istehsal və emal edildiyi obyektlər AQTA tərəfindən təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən müəssisələrin yerində və ya videokonfrans formatında öncədən təsdiq edilmiş plan əsasında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya təsdiqdən imtina edilir. Artıq 7 ölkədə fəaliyyət göstərən 98 müəssisənin Agentlik tərəfindən qiymətləndirilməsi aparılıb. Ölkəyə idxal olunan bütün qida məhsulları risk qiymətləndirilməsinin nəticələri əsasında laborator müayinələrə cəlb edilir. Eyni zamanda nəzərə çatdırılıb ki, təsdiq olunmamış müəssisələrdən idxal edilən qida məhsullarının yüksək riskli məhsul kateqoriyasına aid olunması və nəticədə hər idxal partiyasından laborator müayinə aparılması məqsədilə nümunələrin götürülməsi həyata keçiriləcək. Təsdiq edilmiş müəssisələrdən idxal olunan qida məhsulları isə artıq orta riskli məhsullara aid ediləcək və həmin məhsulların laborator müayinələrə cəlb olunma tezliyi azalacaq, yəni idxal partiyaları daha az müayinələrə cəlb ediləcək.
Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin www.afsa.gov.az saytından tanış ola, şikayət və təkliflərini isə “1003-Çağrı Mərkəzi”nə bildirə bilərlər.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























