FAO-nun Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin edilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Nümayəndəsi vəzifəsinə təyin edilən Nasar Hayat, FAO-nun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramova təqdim edib.
“FAO-nu Azərbaycan Respublikasında təmsil etmək mənim üçün bir şərəfdir”, - deyə Hayat qeyd edib.
“Kənd təsərrüfatı sektoru Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və mən ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və bu sektorun dayanıqlı inkişafını dəstəkləmək üçün FAO-nun səylərini səbirsizliklə icra etməyi hədəfləyirəm”.
Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə rəhbərlik edəcək. FAO, dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən, aclığa son qoymaq üçün beynəlxalq səylərə rəhbərlik edən BMT-nin ixtisaslaşmış qurumudur. FAO Azərbaycanda öz fəaliyyətinə 1995-ci ildə başlamış, ölkədəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi isə 2015-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan Hökumətinin müəyyən etdiyi milli prioritetlərə əsaslanaraq, FAO-nun tərəfdaşlıq proqramı əsas diqqəti ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsuldarlığının, ixracın, eləcə də ölkənin təbii ehtiyatlarından səmərəli istifadənin artırılmasına yönəldib. Proqram həmçinin Azərbaycanda kənd təsərrüfatının dəyər zəncirlərinin inkişafını və kənd yerlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasını dəstəkləyir.
Hayat Azərbaycana təyin olunmazdan əvvəl, FAO-nun Laosdakı ofisinə rəhbərlik edib. Cənab Hayatın karyerasına Pakistan hökumətində 11 il, o cümlədən Pakistanın Maldiv adaları üzrə Ali Komissarının müavini vəzifəsində dörd illik fəaliyyət daxildir. O, həmçinin 18 il Pakistanda müxtəlif beynəlxalq inkişaf təşkilatları, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asiya İnkişaf Bankı ilə işləmişdir.
Cənab Nasar Hayat xanım Mələk Çakmakdan sonra FAO-nun Azərbaycandakı nümayəndəsi vəzifəsində fəaliyyət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib























