ADY media müsabiqəsinin qaliblərini mükafatlandırdı
(®) Ulu Öndər Heydər Əliyevin dəmir yollarının inkişafındakı xüsusi xidmətlərinə həsr olunmuş yaradıcılıq müsabiqəsində 39 nəfər peşəkar jurnalist təltif olunub.
İyulun 19-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.
Tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.
ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışan Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi:’’ 1969-1982-ci illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xəttlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu və daha bir-neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.
Nəqliyyat sahəsində milli kadr potensialının formalaşdırlması istiqamətində Ulu Öndərin uzaqgörən siyasətindən danışan ADY sədri qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanmsı bacarıqlarını əks etdirmişdir: ’’Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilmiş, maraqlı faktlar ortaya çıxarılmışdı. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialların ədalətli və şəffaf qaydada qiymətləndirib’’.
Qeyd edək ki, Ulu Öndərin dəmir yollarının inkişafındakı xüsusi roluna həsr olunmuş müsabiqə 1) Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2) Heydər Əliyevin gerçəkləçən arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında və 3) Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi mövzularını diqqətdə saxlayıb.
Müsabiqəyə 01 iyun-15 iyul, 2023 müddətində 53 kütləvi informasiya vasitələrindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























