Azərbaycan dövləti qızıl hasil edən şirkətin qarşısında şərtlər qoyub - KOMİSSİYA MƏLUMAT YAYDI
Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Baş nazirinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Marja xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiya məlumat yayıb.
Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.
Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib.
Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.
Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.
Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.
Bu gün Gədəbəy rayonunda Komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha sonra kənd sakinləri ilə görüş təşkil edilib, onlara Komissiyanın gördüyü işlər barədə məlumatlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























