McDonald’s burgerləri yeniləndi - daha yumşaq və daha ləzzətli! - FOTO
(®) Sevdiyiniz burgerlər indi daha fərqli reseptlə hazırlanır
Böyük McDonald’s ailəsində yenilik var. Elə bu yeniliklərdən burger sevənləri də xəbərdar etmək üçün mətbuat nümayəndələri Tblisi pr. 1056 ünvanında yerləşən McDonald’s restoranında qonaq oldu. Biz müştərilərin daxil ola bilmədiyi mətbəxə də baş çəkdik və gördüklərimi ən yaxşı bələdçi kimi bir azdan qeyd edəcəm.
İndi isə gəlin görək klassik burgerlərin reseptində nələr dəyişib?
Dünyada ən böyük “fast-food” şəbəkəsi kimi sevilən McDonald’s aylar öncə öz ləzzətli burgerlərinin reseptinə və hazırlanma texnologiyasına bir neçə dəyişikliklər etmək qərarına gəldi. Yeni qayda ilə hazırlanan burgerlər “Best burger” adı ilə indi daha fərqli dad kimi çıxış edir. Klassik burger sevənlər onların ağızda iz qoyan ləzzətinə yaxşı bələddir. Lakin klassik burgerdən fərqli olaraq “Best burger”in bulkaları indi daha parlaq, daha tünd və olduqca yumşaqdır. İçindəki nəfis qoxu və dadlar bir-birinə qarışır. Əriyən yumşaq pendirin dadı isti burgerdə əridikcə ləzzətinə ləzzət qatır. Bütün bu yeniliklər klassik burgeri “Best burger”ə çevirir və daha nəfis dad yaranır.
Bu fərqli yeni ləzzəti biz də dequstasiya etdik və sizə də şiddətlə tövsiyə edirik.
Fürsətdən istifadə edib, Tbilisi pr. 1056 ünvanında yerləşən McDonald’s restoranının mətbəxində də olduq. Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Anar bəy mətbəxdə yeməklərin hansı şəraitdə hazırlanması ilə bizi tanış etdi. Əminliklə deyə bilərəm ki, mətbəxdə hər şey təmiz, steril şəraitdədir. Bütün ərzaqlar öz temperaturuna uyğun saxlanılır və bu işə rəqəmsal qida təhlükəsizliyi proqramı ilə nəzarət edilir. Mətbəxdə istifadə olunan kənd təsərrüfatı məhsulları yerli istehsaldır. Çox zaman müştərilər yeməklərdə ət və yağdan narahat olurlar. Elə isə gəlin mifləri dağıdaq. Burada hər məhsul öz yağ vannasında bişir və bir-birinə qarışmır. Yağların turşuluq dərəcəsi xüsusi lakmus kağızları ilə yoxlanılır, göstərici 1%-dən yuxarı olduqda isə yağ dərhal yenilənir. Həmçinin, onların vizual görünüşünə - rəngi və ətrinə də gündəlik nəzarət olunur. Məhsullar üçün istifadə olunan bitki yağı yüksək keyfiyyətli günəbaxan yağıdır.
Təchizat və Keyfiyyətə nəzarət üzrə direktor Anar Osmanov onu da qeyd edib ki, bütün “McDonald's” restoranlarında ən son nəsil fritozlardan istifadə edilir. Bu texnikanın avtomatik yağ süzmə sistemi digər vannalarda hazırlanma davam etdiyi zaman yağı ayrıca bölmədə süzməyə imkan verir. Bundan əlavə, cihazın avtomatik doldurma sistemi lazım olduqda yağı qabdan avtomatik çəkir ki, nəticədə onu vannaya əllə tökməyə ehtiyac qalmır.
Burgerlər üçün istifadə olunan ət isə idxaldır və xüsusi temperaturda saxlanılır.
Ən yaxşı xəbər isə bütün qidaların temperatur, saxlanma və bişirilmə şəraitinə rəqəmsal texnologiya ilə birbaşa nəzarət olunmasıdır.
A.Osmanov turun yekunu olaraq bildirib ki, yaxın gələcəkdə mətbuat nümayəndələri üçün qida sənayesi tədarükçülərinin müxtəlif zavodlarına silsilə turların təşkili planlaşdırılır. Bu turların iştirakçıları “McDonald's”ın Azərbaycan restoranlarında istifadə edilən məhsulların istehsal prosesi ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























