Dövlət Xidmətində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, tədbir zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli nümayəndə heyətinə qurumun fəaliyyət istiqamətləri, keyfiyyət infrastrukturu sahəsində aparılan işlər, xüsusilə də bu ilin yanvar ayında qəbul edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” barədə məlumat verib. Bildirilib ki, Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.
Nümayəndə heyətinin rəhbəri Kokhorjon Aminov keyfiyyət infrastrukturu sahəsində məsuliyyətin artırılması, halal infrastrukturun inkişafı məqsədilə atılan addımları yüksək qiymətləndirdiklərini bildirib.
Tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, aidiyyəti sahələrdə həyata keçiriləcək təcrübə mübadiləsi üçün ekspertlərin cəlb edilməsi və texniki dəstək proqramları ilə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
1 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
25 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
38 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək












.webp)












