Güzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıb
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC 2022-ci ili 2 milyon 211 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 270 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "MİDA" MMC-nin xalis mənfəəti 941 min manat və ya 74% artıb.
Marja.az xəbər verir ki, "MİDA" MMC-nin müştərilər ilə müqavilələr üzrə gəlirləri 2021-ci ildə 79 milyon 274 min manat ikən, 2022-ci ildə 89 milyon 328 min manata yüksəlib (10 milyon 54 min manat və ya 12,7% artıb).
31 dekabr 2022-ci il tarixində "MİDA" MMC 448 milyon 25 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 461 milyon 719 min manat cəmi aktivlərə malik idi.
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Cəmiyyətin fəaliyyətinin əsas istiqaməti sərəncamına verilmiş torpaq sahələrindən istifadə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacını güzəştli qaydada ödəmək və mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdir.
Agentliyin xalis mənfəəti 5 dəfədən çox artıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci ili 8 milyon 173 min manat xalis mənfəət ilə başa vurub. Agentlik 2021-ci ili 1 milyon 509 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Agentliyin xalis mənfəəti 5,4 dəfə artıb. Mənzil İnşaatı Dövlət Agentliyinin maliyyə gəliləri 2021-ci ildə 10 milyon 176 min manat ikən, 2022-ci ildə 10 milyon 849 min manata yüksəlib. 2021-ci ildə dövlərdən 2,1 milyon manat yardım almış Agentlik, ötən il dövlətdən yardım almayıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























