Dollar indeksi yenidən yüksəlib - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) 13-14 iyun tarixlərində keçirilən toplantısının dərc edilən protokolları fonunda dollar indeksi (DXY) yenidən yüksəlib.
Sözügedən protokollar bəzi FED rəsmilərinin iyun toplantısında faiz dərəcəsinin 25 bənd artırılmasının tərəfdarı olduqlarını və ya belə bir təklifi dəstəkləyəcəklərini ifadə etdiklərini ortaya qoydu.
Protokollarda bütün FED rəsmilərinin pul-kredit siyasətində sərt duruşun davam etdirilməsinin məqsədəuyğun olacağı fikrində olduqları bildirilib.
Nyu-York FED sədri Con Uilyams FOMC-nin iyun ayında faiz dərəcəsini sabit saxlamaq qərarını dəstəklədiyini bildirib.
FED-in tələb və təklifin tarazlaşdırılmasında hələ də görəcəyi işlər olduğunu deyən Uilyams, faiz dərəcəsi ilə bağlı görüləcək daha çox iş olduğunu düşündüyünü qeyd edib.
Digər tərəfdən, dünən ABŞ-da sənaye sektorunun yaxın gələcəkdəki performansına işıq tutan fabrik sifarişlərinin həcmi may ayında 0.3% artaraq proqnozların altında qaldı.
Protokolların dərcindən sonra FED-in iyul toplantısında növbəti faiz artımına dair ehtimalların artması fonunda DXY 103.40 bənd hədlərinə kimi yüksəlib. Qiymət 103.50 bənd həddindəki psixoloji bariyeri qırıb üzərində möhkəmlənə bilsə, dolların bahalaşması davam edə bilər.
Bu gün isə Amerikada açıqlanacaq Özəl sektorda yeni yaranan iş yerləri və işsizlik müavinatı üçün ilk dəfə müraciət edənlərin sayı, həmçinin “İş imkanları və boş işyerləri” (JOLTS) hesabatı DXY-da tendensiyanın gedişinə ciddi təsi edə bilər.
Dünən 1935$-a kimi bahalaşan qızıl bu müqavimət həddini qıra bilməyərək yenidən ucuzlaşıb. Hazırda 1918$ civarında dalğalana qiymətli metalın 1 unisya üzrə dəyəri 1920$-ın altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























