“Azərlotereya”da yeni təyinat
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.
Marja xəbər verir ki, Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Dilarə Bəylərova təyin edililib. O, bundan öncə Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Marketinq kommunikasiyaları və digital media üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin 2011-2016-cı illərdə “Nar Mobile”- “Azerfon” MMC-nin Marketinq kommunikasiyaları departamentinin rəhbəri, 2016-2021-ci illərdə isə “Formula-1” Azərbaycan Qran Pri təşkilatçısı Bakı Şəhər Halqası şirkətində marketinq meneceri kimi fəaliyyət göstərib.
ASC-nin yaydığı məlumatda bildirilir ki, kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən “Azərlotereya” ASC-də işçi sayı artmaqda davam edir. “Azərlotereya” ASC Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 181-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında “Azərlotereya” ASC yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş “Azərlotereya” ASC-də rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir. Müasir innovativ texnologiyaları tətbiq edən şirkət iş proseslərinin bütün mərhələləri daxil olmaqla dəyər zəncirini maksimum rəqəmsallaşdırır, dördüncü sənaye inqilabının töhfələrindən olan robotik proseslərin avtomatlaşdırılması kimi yenilikləri öz fəaliyyət sahələrinə inteqrasiya edərək işçilərin bu texnologiyalara və innovasiyalara dair biliklərini artırır.
“Azərlotereya” ASC üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “Scientific Games”, “Demirören Holding” və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
“Azərlotereya” ASC-də işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)





.jpg)








