Azərbaycanın balıq sənayesində ən böyük sərmayəçinin gəlirləri kəskin artıb
Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkəti “LU-MUN Holding” MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “LU-MUN Holding”in 2022-ci ildə 2021-ci illə müqayisədə əsas əməliyyat gəliri 21 milyon 750 min manat və ya 39,5% artaraq 76 milyon 753 min manat təşkil edib. 2021-ci ildə şirkətin əsas əməliyyat gəliri 55 milyon 2 min manat olmuşdu.
Ötən il “LU-MUN Holding”in 86 milyon 96 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 99 milyon 621 min manat təşkil edib. 2021-ci ildə Şirkətin 57 milyon 870 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 74 milyon 185 min manat təşkil etmişdi. Nəticədə cəmi xərclərin cəmi gəlirləri üstələməsi 2 milyon 791 min manat azalıb. Bu azalma gəlirlərin artması hesabınadır.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2022-ci il tarixində “LU-MUN Holding”in 159 milyon 31 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 151 milyon 423 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "Azerbaijan Fish Farm" - Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi olan və yeni balıqçılıq təsərrüfatlarının yaradılması və ölkənin elmi irsinin dirçəldilməsinə yönəldilmiş “LU-MUN Holding”-in törəmə şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























