Dövlət satınalmaları üçün komissiya yalnız satınalan təşkilatın nümayəndələrindən formalaşdırılacaq
Satınalma komissiyası formalaşdırılacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Satınalma komissiyasının tərkibi tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.
Satınalan təşkilat satınalma komissiyasının fəaliyyətinin davamlılığını və satınalma komissiyasının iclaslarında yetərsayın mövcudluğunu təmin etməlidir.
Satınalma komissiyasına uyğunluğa dair sənədlər toplusunun və ya şərtlər toplusunun tərtib olunması, bu Qanuna əsasən uyğunluq göstəricilərini təsdiq edən sənədlərə və təkliflərə baxılması, onların qiymətləndirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə almaqla kənar məsləhətçilər (ekspertlər) cəlb edilə bilər.
Layihə həmçinin satınalma komissiyasının məsuliyyətini də müəyyən edir.
Layihəyə əsasən, satınalma komissiyasının sədri və digər üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir.
Satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər. Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyanın sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir.
Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə portalda məlumat dərc edir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, Tender komissiyası formalaşdırılır. Tender komissiyasının tərkibi tək sayda (ən azı 5 nəfər) olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatların nümayəndələrindən ibarət formalaşdırılır. Tender komissiyasının sədri satınalan təşkilatın vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur. Tender komissiyasının tərkibini satınalan təşkilatın rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir. Tender predmetinin ehtimal olunan qiyməti 5 milyard manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 1,5 milyard manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının vəkaləti ilə onların nümayəndələri daxil edilir. Tender komissiyasına tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlər cəlb edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)


















