Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub
Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi, pul köçürməsi və elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası xidmətlərini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini aşağıdakı tədbirlərdən azı biri vasitəsilə təmin etməlidir:
- pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Mərkəzi Bank tərəfindən müəyyən edilən aşağı riskli likvid aktivlərə investisiya etməklə;
- qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.
- Qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.
Ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyi bu Qanunda nəzərdə tutulan üsulla təmin edildikdə ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesaba elektron pul təşkilatı öz vəsaitinin mədaxil edilməsinə yol verə bilməz və həmin hesab üzrə icra sənədi yalnız elektron pul təşkilatının ödəniş xidməti istifadəçisi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər. Ödəniş təşkilatının və ya elektron pul təşkilatının digər kreditorlarının tələbləri, o cümlədən icra sənədləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə və həmin vəsait hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Ödəniş təşkilatının və elektron pul təşkilatının iflas prosedurunun digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının ləğvi zamanı xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı yerli filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır. Xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikasının ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranan öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.
Ödəniş təşkilatı və elektron pul təşkilatı illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Ödəniş təşkilatı və elektron pul təşkilatında yoxlamanı aparan kənar auditor ödəniş xidmətlərinin göstərilməsi sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar haqqında Mərkəzi Banka yoxlama müddətində yazılı məlumat verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















