Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.

Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.

Eyni zamanda Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

dövlət rüsumları taksi
16.06.2023 14:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR