“Baku Steel Company” QSC-də qanvermə aksiyası keçirilib
(®) “Baku Steel Company” QSC-də 14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Şirkətin sosial məsuliyyət layihələri çərçivəsində təşkil olunan aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə baş tutub. Keçirilən tədbirdə Cəmiyyətin 200-dən çox işçisi könüllü iştirak edərək qan vermişdir.
“Baku Steel Company” QSC-nin Tibb məntəqəsində təşkil olunan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulur.
2023-cü il Ümumdünya Qan Donoru Günü kampaniyasının şüarı “Qan ver, plazma ver, həyatı paylaş, tez-tez paylaş”dır. Bu mövzu ömürlük transfuziya dəstəyinə ehtiyacı olan şəxslərə qan və ya plazma bağışlamaqla hər bir insanın mühüm rol oynaya biləcəyini vurğulayır. “Baku Steel Company” QSC öz növbəsində, Azərbaycanda ehtiyacı olan xəstələrin vaxtında müalicə ala bilməsi üçün hər zaman mövcud ola biləcək təhlükəsiz və davamlı qan və qan məhsulları təchizatı yaratmaq məqsədilə müntəzəm olaraq qan və ya plazma verilməsinin vacibliyini dərk edir.
Ümumilikdə qeyd etmək lazımdır ki, 2005-ci ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən rəsmi olaraq illik tədbir kimi təyin edilmiş Ümumdünya Qan Donoru Günü bütün dünyada qan hədiyyə edən könüllü qan donorlarına təşəkkür etmək üçün xüsusi imkan yaradır və təhlükəsiz qanköçürmə üçün universal yolun əldə olunması fəaliyyətin əsas mərkəzinə çevrilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























