"Para BOKT" 2022-ci il üzrə maliyyə hesabatını açıqladı
"Para Bank Olmayan Kredit Təşkilatı" ASC 31 dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə hesabatını dərc edib.
Marja.az xəbər verir ki, "Para BOKT" ASC 2022-ci ilin sonunda 24 milyon 648 min manat cəmi aktivlərə malik olub. Təşkilat 2021-ci ilin sonunda 33 milyon 156 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonunda "Para BOKT"ın cəmi aktivlərinin 14 milyon 787 min manatını müştərilərə verilmiş kreditlər (kredit portfeli) təşkil edib. 2021-ci ilin sonunda Təşkilatın kredit portfeli 22 milyon 99 min manat təşkil etmişdi.
Ötən il "Para BOKT"ın cəmi öhdəlikləri 6 milyon 684 min manat və ya 13,8% azalaraq 41 milyon 541 min manata geriləyib. Cəmi öhdəliklərin azalması Təşkilatın banklara və digər maliyyə institutlarına ödəniləcək vəsaitlərin azalması ilə əlaqədardır.
2022-ci ildə "Para BOKT" ASC-nin faiz gəlirləri 2021-ci illə müqayisədə 1 milyon 203 min manat və ya 16,4% azalaraq 6 milyon 109 min manat, haqq və komissiya gəlirləri 2,5 dəfə azalaraq 4 min manat təşkil edib.
Ötən il "Para BOKT" dəyərsizləşmə üzrə 5 milyon 652 min manat itirdiyi üçün 2023-cü ili 1 milyon 825 min manat xalis zərər ilə bağlayıb. "Para BOKT" ASC-nin xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 3 milyon 589 min manat və və ya 3 dəfə azalıb.
1991-ci ildən fəaliyyət göstərmiş "Parabank" 2016-cı ildə öz strategiyasını yenidən gözdən keçirmiş, "Bank Olmayan Kredit Təşkilatı" lisenziyası ilə fəaliyyətini bərpa etmiş və "Para BOKT" adı ilə yenidən xidmət göstərməyə başlamışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















