Azərbaycan BOKT-ları kredit kartı buraxa biləcək
Azərbaycanda bankolmayan kredit təşkilatlarına (BOKT) kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihərinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, qanun layihələri ölkə prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanıb:
"Sənədlərə əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Mərkəzi Bankına verilir. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindən istifadə edilib.
BOKT-lar üçün yeniliklərdən biri də maliyyə dayanıqlılığının artırılması üçün prudensial tələblərin müəyyənləşməsidir. Belə ki, kredit riskinin maksimum məbləği, kapitalın minimum miqdarı, öhdəliklərin kapitala nisbəti və s. müəyyən ediləcək", - deyə o qeyd edib.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























