“Avrora” MMC “Best Managed Companies” müsabiqəsinin qalibi seçilib
“Deloitte” audit şirkətinin apardığı araşdırmalar nəticəsində “Best Managed Companies” müsabiqəsinin qalibləri müəyyən edilib.
Qaliblər idarəetmənin dörd əsas prinsipinə görə müəyyənləşdirilib. “Avrora” MMC “Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi”, “İnsan kapitalının inkişafı”, “İnsan kapitalının cəlb edilməsi, liderlik” və “Maliyyə idarə edilməsi” göstəricilərinə görə ilin şirkətlərindən biri seçilib. Qeyd edək ki, müsabiqə meyarları beynəlxalq fəaliyyətdə olan “Deloitte” şirkətinin 30 il ərzində dünya şirkətlərində apardığı araşdırmalar əsasında müəyyən olunub.
Araşdırma nəticələrinin dəyərləndirilməsi beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu, müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafını, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirirlər.
30 ildir ki, Azərbaycan milli iqtisadiyyatına dəyər qatan “Avrora” MMC qida təhlükəsizliyimizin təmin olunmasında əməli addımlar atır, qida məhsullarının istehsalını və idxalını həyata keçirir.
Qeyd edək ki, “Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi dünyanın 37 ölkəsində uğurla həyata keçirilir və ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 37 ölkədə: Çin, ABŞ, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika, Çili və digər ölkələrdə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







